Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları “Bələdiyyələrdə informasiya komumunikasiya texnologiyalarının tətbiqi və vergi - uçot sisteminin təkmilləşdirilməsi” mövzusunda videoseminar təşkil etmişdir. Seminarda 49 şəhər, qəsəbə və kənd bələdiyyələrinin sədrləri və aidiyyatı strukturların nümayəndələri iştirak etmişdir.
Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının koordinatoru, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov tədbirin keçirilməsi zərurəti, bir sıra bələdiyyələrin Milli Assosiasiyalara müraciətlərinə əsasən gündəlik fəaliyyətləri zamanı rastlaşdıqları çətinliklərin birgə müzakirəsinin vacibliyini qeyd etdi.
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibinin müavini əli əkbərli “Bələdiyyə işinin təşkilində müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi”, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibinin müavini Pərviz Muradov “Bələdiyyələrdə vergi-uçot sisteminin təkmilləşdirilməsi” mövzusunda çıxış etdilər.
Daha sonra mövzu üzrə müzakirələr aparıldı, videoseminar iştirakçılarının sualları Milli Assosiasiyaların əməkdaşları tərəfindən cavablandırıldı. Bildirildi ki, bu silsilədən olan tədbirlər hər ay davam etdiriləcəkdir.
Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları